Əməliyyatlar üzrə koordinator (bilet satışı üzrə)

  • PASHA Holding
  • Elanın qoyulma tarixi: 12.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Dövrümüzün trendlərindən birinə çevrilən ailəvi istirahət və uşaq əyləncə sektoru Azərbaycanda gündən-günə inkişaf edir. Hədəf kütləsi əsasən gələcək nəslimiz olan uşaqlar olduğundan, bu sektor daim innovativ yeniliklər tələb edir.

Ölkəmizdə uğurla fəaliyyət göstərən Caspian Entertainment Company şirkəti Pasha Holding tərəfindən 2018-ci ildə yaradılaraq tədris və əyləncə məkanlarının ölkəmizə gətirilməsi və idarə edilməsi ilə məşğuldur.

Şirkətin uğurlu layihələri kimi Bumblebee Play / Preschool və Montessori Məktəbi, Amburan Kids uşaq əyləncə mərkəzi, Karting və Bakı bulvarındakı Dəniz Mall-da yerləşən və Qafqazda ilk dəfə yaradılan uşaqlar üçün əyləncə və innovativ tədris parkını nümunə göstərmək olar.

Caspian Entertainment Company şirkəti mövcud və qarşıdan gələn layihələrin uğurla aparılması üçün işçi heyətinə qoşulmaq istəyən bütün ali təhsil müəssələrinin tələbə və məzunları, uşaqlarla işləməyi sevən, yaradıcı və bacarıqlı gəncləri iş müraciətinə dəvət edir.

Vəzifə: Əməliyyatlar üzrə koordinator (bilet satışı üzrə)

İş öhdəlikləri:

- Bilet satış fəaliyyətinə nəzarət etmək və mütəmadi olaraq rəy vermək
- Satış nöqtələrində cədvəl dəyişimini uyğunlaşdırmaq
- Aylıq məktəb qrupları, komanda performansı, iş saatı təyinetmə hesabatlarını giriş və çıxış hesablayıcı əməkdaşlarına təqdim etmək
- Ailələrin və qrupların gəliş-gedişi ilə əlaqədar dəqiq hesabatlarla təmin etmək
- Proses və onların təhlükəsizliyi zamanı Kinderlandin standartlarına sadiq qalaraq Ziyarətçilərin gəliş-gedişinə nəzarət etmək
- Qrup səfərlərinin qəbulu, keçidi və yola salınmasında nəqliyyat logistikasına nəzarət etmək
- Giriş və çıxış hesablayıcıları roluna girmə ssenarisinin istifadəsini və həyata keçirilməsini təsdiqləmək
- Giriş və çıxış əməliyyatlarına mütəmadi nəzarət etmək
- Müştəri şikayətləri qəbul etmək, həll etmək və ya yenidən yönləndirmək (uyğun şöbəyə)
- Şöbənin iş sifarişini izləmək (təminat)
- Promosyonlara və endirimlərə icazə vermək
- İT sistemləri ilə əlaqədar problemləri müvafiq şöbəyə məruzə etmək
- Nağd pulun idarə edilməsi və monitorinq proseduraları ilə əlaqəli məsələləri həll etmək

Tələblər:

- Biznesin İdarəedilməsi, Müştəri Xidmətləri, Maliyyə və Satış sahəsində təhsil
- Əyləncə sənayesində, Müştəri Xidmətləri və satış sahəsində 2 il təcrübə
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
- Azərbaycan, İngilis və rus dili biliklərinin yaxşı səviyyədə olması

Email – [email protected]

İşəgötürənin reytinqi