Tibbi Nümayəndə

İşin təsviri

Tibbi Nümayəndə

Vəzifə öhdəlikləri:

- Gündəlik tibbi müəssisələrin və apteklərin ziyarət edilməsi
- Preparatların tibbi müəssisə və apteklərdə həkim və əczaçılara tanıdılması
- Həkim və əczaçılarla işgüzar əlaqələrin qurulması
- Verilmiş marketinq strategiyasının tətbiq edilməsi
- Bazarın, rəqiblərin araşdırılması və tələbatın müəyyənləşdirilməsi
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi
- Görülən işlər barədə hesabat verilməsi

Tələblər:

- Ali təhsil (tibbi və ya əczaçılıq təhsili əlavə üstünlük hesab edilir)
- İş təcrübəsi (üstünlük hesab edilir)
- Azərbaycan dilində səlis danışıq bacarığı (digər dil bilikləri əlavə üstünlük hesab edilir)
- Kompüterdə MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmək və inandırmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmək bacarığı
- Komandada işləmək bacarığı
- Dürüst, nizam-intizamlı, məsuliyyətli, aktiv və dinamik olmaq

İş haqqında məlumat:

- İş qrafiki: həftə içi 5 gün 09:00-18:00
- Əmək haqqı: razılaşma ilə
- Gündəlik yol xərci şirkət tərəfindən verilir
- İş yeri: Bakı, Sumqayıt və s

Müsahibədən keçən namizədlərə rəqabətli əmək haqqı təklif ediləcək və işə başlamadan öncə preparatlara dair müvafiq treninqlər keçiləcəkdir.

Uyğun namizədlər məktubun mövzusunda “Tibbi nümayəndə” göstərməklə səkilli CV-lərini göstərilən e-mail ünvanına göndərə bilərlər: [email protected]

Əlaqə nömrəsi: (+99412) 440 12 43, 563 50 17/15