Satınalma üzrə Mütəxəssis

  • Antaris
  • Elanın qoyulma tarixi: 24.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Antaris barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:
http://antaris.az/ və ya https://www.facebook.com/AntarisAzerbaijan/

VƏZIFƏ ÖHDƏLIKLƏRI:

• Xarici və yerli bazarların araşdırılması
• Xarici və yerli təchizatçıların tapılması və onlarla əlaqələrin qurulması
• Xarici və yerli bazar üzrə tenderlərin təşkili və optimal təkliflər paketinin əldə olunması
• Sifariş olunacaq məhsulların maya dəyərinin hesablanması
• Anbar qalıqlarının yoxlanılması və mal qalıqlarına uyğun olaraq sifariş planının hazırlanması
• Satışları nəzərə alaraq sifarişlərin düzgün proqnoz edilməsi
• Sifarişlər üzrə logistika işlərinin təşkili

NAMIZƏDƏ DAIR TƏLƏBLƏR:

Təcrübə və Texniki bacarıqlar:

• İngilis dili və Rus dili biliyi mükəmməl olmalıdır
• Ali təhsil: İqtisadi idarəetmə, Biznes idarəçiliyi və uyğun sahələrdə.
• Müvafiq sahə üzrə təcrübə. Xarici alışlarla bağlı təcrübə.
• Beynəlxalq daşınma qaydaları və İNCOTERMS şərtləri ilə bağlı biliklər

Emosional bacarıqlar və vərdişlər:

• Problemlərin həllində proaktiv davranmaq
• Prioritetlərin idarə edilməsi
• Biznesin məqsədlərinə əsaslanmış kritik qərar qəbul edə bilmə (ən azından ilkin səviyyədə - inkişafa açıq)
• Araşdırma bacarıqları, inkişafa açıq olma
• Analitik düşünmə və detallara fokuslanma

İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:

• Əmək haqqı: 700 azn
• İş yeri: Əhməd Rəcəbli 208 (Xəritədə bax: https://goo.gl/maps/tCiQJV9KHx12 )
• İş günlərinin sayı 5 gün
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq
• İl ərzində bir neçə dəfə xaricə ezamiyyə edilə bilər.

Müraciət üçün linkə daxil olun: [email protected]