Əməliyyat direktoru

  • BRIDGE Academy
  • Elanın qoyulma tarixi: 18.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: BRIDGE Academy

Vakansiya: Əməliyyat direktoru

BRIDGE Academy beynəlxalq kvalifikasiyalar üzrə ixtisaslaşmış təlim mərkəzi olaraq “Əməliyyat direktoru” vakansiyası üzrə təcrübəli namizədləri əməkdaşlığa dəvət edir.

1) İşin əsas vəzifə öhdəlikləri:

• Təlimlərin təşkil olunması (tələbələrin qeydiyyatı, dərs saatlarının müəyyənləşdirilməsi) və təlimlərin gedişatına nəzarət;
• Təlim mərkəzinə daxil olan zənglərin, eyni zamanda sosial media kanalları üzərindən daxil olan sual və təkliflərin komandanın digər üzvləri tərəfindən düzgün şəkildə cavablandırılmasına nəzarət;
• Komanda üzvləri, və təlimçi heyəti ilə tam koordinasiyalı çalışmaq və görülmüş işlərlə bağlı hesabatın hazırlanması;
• Ümumi ofisdaxili proseslərə nəzarətin təşkili və göstərilən bütün xidmətlər üzrə professional təşkilatı mədəniyyətin təmin edilməsi.

2) Əməkdaşlıq ediləcək şəxsdən gözləntilər:

• Ali təhsil;
• Oxşar vəzifələr üzrə azı 2 (iki) il iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərindən yaxşı səviyyədə istifadə etmək bacarığı;
• Profesional idarəetmə, təşkilatçılıq və özü qərarvermə bacarıqlarına malik olmaq;
• MS Office proqramlarını yüksək səviyyədə bilmək;
• Güclü satış, təqdimat və kommunikasiya bacarıqları.

3) Əməkdaşlıq üçün təklif olunan şərtlər:

• Yüksək rəqabətli gəlirlilik;
• Gələcək vəd edən əməkdaşlıq perspektivləri;
• Müasir, gənc və peşəkar komanda;
• Beynəlxalq şirkət səviyyəsində iş standartları;
• Tam təchizatlı müasir tədris mərkəzi.

Əməkdaşlıqda maraqlı namizədlərdən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron poçt ünvanına mövzu hissədə “Əməliyyat direktoru” yazaraq CV göndərməyi xahiş olunur.
Ünvan: Univerium tələbə şəhərciyi, Bakıxanov küçəsi 37, Bakıxanov və C.Hacıbəyli küçələrinin kəsişməsi, Bakı, Azərbaycan.

Əlaqə nömrəsi: +99455 422 85 65