Pərakəndə məhsullar şöbəsinin aparıcı mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 15.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Pərakəndə məhsullar şöbəsinin aparıcı mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə məhsullar şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Sığorta sahəsi üzrə biliklərə sahib olmaq, sığorta şirkətində iş təcrübəsinin olması arzuolunandır
• Pərakəndə bank məhsullarının şərtlərini idarə etmək və daimi yeniləmək
• Mövcud və yeni məhsulların filiallara təqdim edilməsi üçün təlim materiallarının, broşurların, təlimatların hazırlanması
• Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə əlaqədar sturkturlar və filiallarla daimi əlaqədə olmaq
• Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması

Tələblər

• Maliyyə, İqtisad, Bank və ya Sığorta sahəsində ali təhsil
• Analitik düşüncə və riyazi təhlil qabiliyyəti, maliyyə sahəsi üzrə biliklər arzuolunandır
• Yüksək ünsiyyətqurma bacarığı
• Dəqiqlik və operativlik
• Əla səviyyədə Azərbaycan dili, Rus və İngilis dili biliyi arzuolunandır

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Pərakəndə məhsullar şöbəsinin aparıcı mütəxəssisi" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşəgötürənin reytinqi