Baş Mühasib

İşin təsviri

20 ildən artıq fəaliyyət göstərən “BSC” Consulting və Outsoursing şirkətinə lahiyələrin və müştəri portfelinin sayının artması ilə bağlı BAŞ MÜHASİB tələb olunur.

Baş Mühasib

İş funksiyaları barədə məlumat

- Mühasibat, vergi uçotu və MDSS, Statistika ilə bağlı əməliyyatlar
- Vergi, əmək qanunvericiliyini mükəmməl bilməli
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Balansın tərtib edilməsi
- DSMF və işsizlik hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
- Mühasibat uçotu qaydalarına əsasən bütün sənədlərin tərtib edilməsi,yığılması və saxlanılması

Tələblər

- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir) ;
- 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.) ;
- Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır;
- Excell proqramında yüksək səviyyədə işləmə bacarığı ;
- Analitik düşüncə qabiliyyəti,proqnoz etmə bacarıqları;
- Liderlik xususiyyətləri,müştəriyönümlülük, vaxtın idarəedilməsini bacarmalı;
- Stresədavamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli
- Problemləri təhlil və həll etmə bacarığı

Biz Sizə nə təklif edirik:

- Peşəkar, mehriban komandada iş
- Etibarlı şirkətdə karyera
- Professional və maddi yüksəliş üçün perspektiv
- İş qrafiki: 9.00-18.00
- Əmək haqqı 2500-3000 manat

Maraqlanan şəxslər xahiş olunur CV-lərini [email protected] ünvanına göndərsinlər.

BSC Consulting & Outsourcing Company tərəfindən digər vakansiyalar