Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/baş mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 06.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumat

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Prosessinq Mərkəzinin fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi
• Qabaqçıl Prosessinq Mərkəzinin inkişafı və dəstəklənməsi
• Avtorizasiya hostunun qurulması
• MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemləri texnologiyalarının tətbiqi
• MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemlərinin tələblərinə və iş texnologiyalarına, maliyyə tranzaksiyaları standartlarına (ISO8583) uyğunluq
• Bank kartlarının personalizasiyası prinsipləri, EMV standartı, PayPass/ PayWave, NFC texnologiyaları ilə işləmək
• Prosessinq Mərkəzinin proqram kompleksinin iş fəaliyyətinin monitorinqi
• Prosessinq Mərkəzinin fəaliyyəti prosesində ortaya çıxan nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması məqsədilə test rejimində yoxlanılması
• Prosessinq Mərkəzinin istifadə edilməsinə dair təlimatların hazırlanması və müvafiq sənədləşmənin aparılması
• Prosessinq Mərkəzinin iş prosesində baş verən dayanmaların və məlumatın emal edilməsində keyfiyyət və surətin aşağı düşməsi səbəblərinin araşdırılması və meydana çıxan çatışmamazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi
• Real iş rejimində Prosessinq Mərkəzi üzrə hər hansı dəyişikliklərin, dayanmaların və yenilənmələrin yalnız bilavasitə rəhbərinin icazəsi ilə həyata keçirilməsi
• Prosessinq Mərkəzinin dair təlimatlarda bütün lazımi dəyişikliklərin və əlavələrin vaxtında icrası və onlara nəzarət
• Prosessinq Mərkəzinin versiyalarına nəzarət sistemində proqram təminatı üzrə tətbiq etmələrin ehtiyat surətlərinin çıxarılması və saxlanması
• Prosessinq Mərkəzinin istifadəçilərinin təlimatlandırılması və öyrədilməsi
• Texniki həllərin realizasiyası
• Texniki sənədlərin hazırlanması

Tələblər

• Təcrübə: Ən azı 4 il
• Kompyuter biliyi: Windows, Linux, CompassPlus Software, Oracle, SQL, PLSQL
• MasterCard и VISA Beynəlxalq Ödəniş Sistemlərinin iş prinsipi, tələbləri, texnologiyası, və maliyyə tranzaksiyaları standartı (ISO8583) üzrə əsaslı biliklər
• Bank kartlarının personalizasiyası, EMV standartı, PayPass/ PayWave, NFC texnologiyaları sahəsində biliklərə malik olması arzuolunandır
• Kriptoqrafiyanın əsasları və onun prosessinq və bank kartlarının personalizasiyasında tətbiqi üzrə biliklər, HSM ilə işləmə təcrübəsinə malik olması arzuolunandır
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması

CV-lərinizi, mövzu hissəsində “Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/ baş mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi