Direktor köməkçisi

  • Elanın qoyulma tarixi: 06.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Direktor köməkçisi

İş yeri: Bakı şəhəri, Məhəmmədi qəs.
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Təhsil: Ali təhsil( Müvafiq Logistik təqdimatlar hazırlamaq və Logistika ilə bağlı işlərin izlənilməsi üçün Sənayə mühəndisi məzunlarına üstünlük verilir)
Yaş həddi: 22-29

İşin Təsviri: Rəhbərin günlük işinin planlanması, hesabatların hazırlanması və müvafiq məlumatların araşdırılmasına yardımçı olmaq.

Vəzifə öhdəlikləri:

- Rəhbərin iştirakı edəcəyi toplantılarda iştirak edərək müvafiq təqdimatların aparılması;
- Logistik anbarda olan işlərin təqib edilərək rəhbər ilə müzakirə olunması;
- Sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
- Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması, ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi;
- Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Direktor köməkçisi” yazmaqla müraciət edilir.