Karyeranın idarə edilməsi şöbəsinin mütəxəssisi

İşin təsviri

Vakansiyanın adı: Karyeranın idarə edilməsi şöbəsinin mütəxəssisi
Vakansiyanın kodu: V19100119
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: İnsan resursları İdarəsi
Vakansiya üzrə struktur: Karyeranın idarə edilməsi şöbəsi
Ödəniş növü: Vaxtamuzd
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 1 il
Tələb olunan komputer bilikləri: Ofis proqramları – yaxşı səviyyədə

Tələb olunan xarici dil bilikləri:

Rus dili – yaxşı səviyyədə;
İngilis dili – əla səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər:

- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması;
- Sənədləşdirmə və hesabatların tərtib edilməsi;
- İnsan resurslarının idarə edilməsinə dair biliklər (insan resurslarının planlaşdırılması, karyeranın idarə edilməsi, xidməti fəaliyyətin qiymətləndirilməsi);
- Təlimlərin təşkil olunması.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

- Araşdırma, təhlil, müqayisə və qərar vermək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi qaydada ünsiyyət qurmaq bacarığı;
- Təşəbbüskarlılıq, yeniliklərə adaptasiya bacarığı;
- Analitik düşüncə bacarığı;
- Kollektiv və fərdlərarası münasibətlərin qurulması və qorunması bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

- İqtisadiyyat və yaxud idarəetmə sahəsində ali təhsil;
- İnsan resursları sahəsində beynəlxalq sertifikat (SHRM, CIPD, CHRM);
- MS Office Project proqramı;
- Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək;
- Karyeranın idarə edilməsi sahəsində və təlimlərin təşkil olunması prosesində təcrübə;
- Xidməti fəaliyyətin qiymətləndirilməsi;
- İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılması.

Vəzifə öhdəlikləri:

- Karyera inkişaf planlarının icrasını təmin etmək məqsədilə fərdi inkişaf planlarına uyğun olaraq işçilərin peşəkarlıq və fərdi keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi;
- İşçilərin vəzifə (peşə) tələblərinə uyğunluğunun aşkarlanması və istedadların müəyyən edilməsi məqsədilə onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin və bundan irəli gələn tədbirlərin icrasının təmin edilməsi;
- Əməyin stimullaşdırılmasına nail olmaq məqsədilə istedadların müəyyən edilməsi, kadr ehtiyatı bazasının formalaşdırılması, karyera və fərdi inkişaf planlarının hazırlanması;
- İnsan resurslarının idarə edilməsi ilə bağlı statistik məlumat bazasının və hesabatlılıq sisteminin qurulması;
- Kadr potensialına olan tələbatın təhlilinin və proqnozlaşdırmasının, habelə Cəmiyyətin kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılmasının həyata keçirilməsi.

Vakansiyanın elan olunma tarixi: 01.10.2019
Son müraciət tarixi: 10.10.2019

Vakansiyaya müraciət etmək üçün link və ya e-mail ünvanı: https://ady.az/az/career/vacancy/69/1628;
[email protected]