Restoran Supervayzeri

  • Company
  • Elanın qoyulma tarixi: 30.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Restoran Supervayzeri

1. Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak etmək;
2. Restoranda təqdim olunan yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət etmək;
3. Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək;
4. Təqdim olunan bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada
təqdim edilməsinə nəzarət etmək;
5. İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək;

Namizədə aid tələblər;

1. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarını bilmək;
2. İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilmək;
3. Qeyd edilən sahədə minimum 3 il iş təcrüəsi;
4. Xarici dil bilikləri; rus dilini yüksək səviyyədə bilməsi arzuolunandır;

Əlavə şərtlər

- Əmək haqqı: 600-800 manat ;
- 6 günlük iş həftəsi, növbəli iş qrafiki ;
- Nahar şirkət tərəfindən verilir ;
- Gecə növbəsi olduğu halda ən yaxın metroya servis xidməti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.