Full stack veb developer

  • Zəfəran
  • Elanın qoyulma tarixi: 01.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında :

Zəfəran şirkəti 2008 ci ildən sağlamlıq sektorunda fəaliyyət göstərir. Şirkətin tərkibinə həm apteklər şəbəkəsi, həm də hospital daxildir. Şirkət daxilində proqram təminatı hazırlanması üzrə ixtisaslaşmış innovativ layihələr şöbəsi mövcuddur.

Namizədə tələblər

 Minimum 1 illik iş təcrübəsi;
 HTML5,CSS3 üzrə biliklər;
 Javascript, NODE js üzrə biliklər;
 Angular 2+ və ya React.js frameworklarından birini bilmək;
 Angular material design biliklərinin olması vacibdir;
 PHP OOP mükəmməl bilikləri (Laravel biliklərinin olmasi arzuolunandır);
 Web tətbiqetmələrin layihələndirilməsi, hazırlanması və dəstəklənməsi;
 Verilənlər bazası (MySQL, MSSQL) təcrübəsi olan, baza strukturunun yaradılması, mürəkkəb SQL sorğuları yazmağı və optimallaşdırmağı bacaran;
 Git ilə işləmə bacarığı;
 Biznesi başa düşə bilən;
 Güclü problem analiz etmə, həll etmə və qərar vermə bacarıqları olan;
 Çox yaxşı ünsiyyət bacarıqları olan;
 Həm müstəqil, həm də kömanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı olan.
 Əmək haqqı : 1000-1500 AZN
 İş qrafiki : 1-5 gün 08 :30 - 17:30 , şənbə günü 08:30-14:00
 İş yeri : Bakı şəhəri, Nərimanov metrosu yaxınlığında;
 Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Full stack veb developer” qeyd olunmalıdır) göndərə bilərlər.

İşəgötürənin reytinqi