Keyfiyyətə nəzarət üzrə mütəxəssis (inşaat)

  • Ramco MMC
  • Elanın qoyulma tarixi: 27.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Keyfiyyətə nəzarət üzrə mütəxəssis (inşaat)

Əmək haqqı: Namizədin təcrübəsi, bilik və bacarıqlarına görə təyin ediləcək.

İşin təsviri

• Sahədə tikintinin layihəyə uyğunluğunun yoxlanılması, görülən işlərin Sifarişçinin, FHN-nin və digər aidiyyatı qurumların tələblərinə uyğunluğunun yoxlanılması;
• Sahədə işin gedişatına dəstək, işin icraatı zamanı çatışmazlıqların aşkara çıxarılması və həll olunmasında köməklik göstərmək;
• Subpodratçıların işlərinin keyfiyyətinə nəzarət edilməsi;
• Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması;
• Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət, ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
• Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
• Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
• Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Sahədə təsbit edilən uyğunsuzluqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
• İşlə bağlı ezamiyyətlərə getmək;

Tələblər

• Mövcud sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
• İnşaat sahəsində Ali təhsil;
• Microsoft Office proqramlarından sərbəst istifadə etmək bacarığı, AutoCad proqramında işləmək bacarığı;
• Xarici dil bilikləri (rus və ingilis) olan namizədlərə üstünlük veriləcək;
• Sürücülük vəsiqəsi: B/BC;
• Yaş: 30 – 55;

İş rejimi:

- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə: 10:00 – 160:00

İş yeri Xırdalan dairəsində yerləşir.

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazmaqla öz CV-lərini hr-[email protected] ünvanına göndərə bilərlər.