Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi

İşin təsviri

Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi

İş barədə məlumat:

• Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
• Fəaliyyət göstərdiyi ərazidə bankın kredit məhsullarının təşviqatını aparır;
• İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
• Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
• Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
• Filial müdirinin və Kredit şöbəsinin rəhbərinin kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

 Ali iqtisadi təhsil;
 Kreditləşmə sektorunda ən azı 2 il iş təcrübəsi;
 Ünsiyyət qurma bacarığı;
 Təqdimetmə və satış bacarığı;
 Planlaşma və təşkiletmə bacarığı;
 Monitorinq və nəzarət etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi göstərməyiniz xahiş olunur.