Strategiya üzrə mütəxəssis

İşin təsviri

Vakansiyanın adı: Strategiya üzrə mütəxəssis

Vakansiyanın kodu: V19062503
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatı
Vakansiya üzrə struktur: İnstitutsional islahatların idarə edilməsi şöbəsi, Strategiya bölməsi

Ödəniş növü: Vaxtamuzd
Əməyin ödənilməsi dərəcəsi: 4
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: Hüquq və ya idarəçilik üzrə
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 1 il
Tələb olunan komputer bilikləri: - MS Office proqramları – yaxşı səviyyədə.
Tələb olunan xarici dil bilikləri: - İngilis dili – sərbəst səviyyədə.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Yüksək ünsiyyətqurma bacarığı, çeviklik və operativlik

Vəzifə üzrə tələb olunan biliklər

- Yuxarı orqanların qərar, sərəncam, əmrlərini, müəssisə, idarə və təşkilatların hüquq fəaliyyətinə aid olan metodiki, normativ və başqa rəhbər materialları, korporativ hüquq, qüvvədə olan qanunvericilik, mülki, əmək və inzibati hüququ, qanunvericilik və normativ aktlar üzrə sorğu məlumat işini.

Digər tələb və üstünlük göstəriciləri

- Magistr dərəcəsi;
- Rus dili – sərbəst səviyyədə.

Vəzifə öhdəlikləri: 

- Fəaliyyət istiqamətlərinə uyğun rəy verməli, təhlilləri aparmalı, zəruri halda müvafiq strukturlara şöbənin fəaliyyət sahəsi üzrə əməli və metodiki tövsiyyələrini verməli;
- Cəmiyyətdə və onun tabeliyindəki qurumlarda, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Cəmiyyəti təmsil etməli və onların işində iştirak etməli;
- Optimizasiya məqsədli prosedurları hazırlamalı;
- Təqdimatları hazırlamalı.

Vakansiyanın elan olunma tarixi: 25.06.2019
Son müraciət tarixi: 20.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1051