Xərclər üzrə mütəxəssis (Cost Controller )

  • Midtown Hotel
  • Elanın qoyulma tarixi: 24.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şəhərin mərkəzində yerləşən 4 ulduzlu “Midtown Hotel Baku”, biznes otelinə Xərclər üzrə mütəxəssis (Cost Controller ) vəzifəsinə TƏCİLİ işçi tələb olunur.

Vəzifə öhdəlikləri:

* Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
* Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
* Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
* Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
* Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
* Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
* Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
* Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
* Mövcud olan bütün anbarların qalıqlarının şıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
* Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
* Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilıir);
• İngilis dili arzu olunandır;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək, Elektra proqramını bilənlərə üstünlük verilir;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, uniformayla ilə təmin edilmə;
• İş qrafiki:  Bazar ertəsi – Cümə:  9:00  - 18:00, Şənbə : 10.00  – 14.00
• İş yeri Bakı şəhəri, 28 may metrosunun yaxınlığında yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xərclər üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.