Logistika üzrə mütəxəssis

İşin təsviri

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət Logistika üzrə mütəxəssis vəzifəsinə təcrübəli işçi dəvət edir.

 Logistika üzrə mütəxəssis:

- İdxal olunan məhsulun daşınması üçün nəqliyyat şirkətlərini araşdırır;
- Şirkətə çatdırılmalı olan məhsulların həcmi, daşınma şəraiti, cavabdeh şəxs haqqında qeydiyyat aparır;
- Sifariş edilən məhsul haqqında nəqliyyat şirkətini məlumatlandırır;
- Nəqliyyat şirkətinin məlumatları əsasında vəkalətnamələritərtib edir;
- Məhsul şirkətə daxil olanadək bütün proseduru nəzarətdə saxlayır;
- Nəqliyyat şirkətinə ödənişləri həyata keçirir;
- Logistika üzrə digər əməliyyatları həyata keçirir.

Tələblər:

Ali və ya orta ixtisas;
Müvafiq sahədə iş təcrübəsi;
Ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı;
Dəqiq və diqqətli olmaq;

İşin keyfiyyətinə zərər vurmadan böyük həcmdə iş görmək bacarığı;

Azərbaycan və rus dillərini bilmək vacibdir.
İngilis dili arzu olunandır.

Maraqlananlar CV-lərini [email protected]” elektron ünvanına  20.05.2019-cu il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “Logistika” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi