Həkim-ginekoloq

İşin təsviri

Lankaran Springs & Wellness ResortHəkim-ginekoloq vəzifəsi üçün işçi qəbulu elan edir

Vəzifə : Həkim-ginekoloq
Şöbə :Tibbi bölmə
Dərəcə : 5
Tabeçilik:  Baş Həkim/Baş Həkimin müavini

Əmək funksiyası

 Ambulator-poliklinika xidməti üzrə Həkim mama-ginekoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə ambulator tibbi yardım göstərir. 
 Müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq xəstənin ambulator aparılması taktikasını və müayinə planını hazırlayır. Anamnezə, klinik müşahidə və müayinəyə, həmçinin klinik-laborator tədqiqatların nəticələrinə əsasən diaqnozu müəyyənlişdirir. 
 Müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.
 Müasir müalicə metodlarından istifadə etməklə ginekoloji xəstəliklərin erkən aşkarlanması və müalicəsi məqsədi ilə qadınların profilaktik ginekoloji baxışının təşkili və aparılmasını həyata keçirir. 
 Ginekoloji xəstələrin vaxtında dispanser qeydiyyatına göndərilməsini və dinamik müşahidəsini, onların sanator-kurort müalicəsi, eləcə də başqa müasir müayinə və müalicə vasitə və metodlarından istifadə etməklə, müalicə-sağlamlaşdırıcı tədbirlər kompleksinin və dispanserləşdirilməsinin səmərəliliyinin təhlilinin aparılmasını həyata keçirir. 
 Stasionar müalicəyə ehtiyacı olan ginekoloji xəstələri aşkar edir. 
 Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.
 Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir.
 Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.
 Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 
 Sanitar-maarifləndirmə işini aparır. 
 Etik davranış qaydalarına riayət edir. 
 Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, peşəkar  səviyyədə və vaxtında icra edir.
 Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
 Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
 Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.
 Rəhbərliyə hesabatların hazırlayır.
 İllik iş qiymətləndirmələrinin keçirilməsində iştirak etmək.
 Öz vəzifələrinin yerinə yetirmələri üçün zəruri bacarıqlara və biliyə malik olduqlarına zəmanət vermək.
 Rəhbərlik tərəfindən tapşırılan vəzifələri yerinə yetirmək .

Namizədə tələblər:

 Qeyd olunan ixtisasa uyğun Ali təhsil
 Minimum 3 illik tibbi təcrübə
 İngilis və ya Rus dillərindən birində  sərbəst danışmaq arzu olunandır
 Ofis proqramlarını bilmək
 Lənkəranda işləmək imkanı

Şirkət tərəfindən təqdim olunur:

 Bakı-Lənkəran-Bakı arasında istirahət günlərində daşınma
 Yaşayışla təminat
 Növbə ərzində yeməklə təminat
 Həftədə 6 günlük iş cədvəli
 Əmək haqqı: müsahibə əsasında təyin olunur
 Tibbi sığorta

Yalnız şəkilli və başlıqda Həkim-ginekoloq başlığı ilə göndərilən CV nümunələrinə baxılacaq: [email protected]