Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi

İşin təsviri

Bank “BTB” ASC Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi  vəzifəsinə işə qəbul elan edir.

Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi 

İş barədə məlumat:

1. Azərikarddan gələn kartların və ŞEN-zərflərin kassa, MXD və filiallara təhvil verilməsi;
2. İtirilmiş və müddəti bitmiş kartların sistemdə bağlanması;
3. ŞEN-kodu bloka düşmüş kartların aktivləşdirilməsi;
4. Kartlara SMS-məlumatlandırma xidmətinin aktiv və ya deaktiv edilməsi;
5. Bankomatların sistemdə qeydiyyatını aparır, ortaya çıxan problemlərin həlli üçün şöbə rəhbərinə müraciət edir;
6. POS-terminalların proqram təminatı ilə yüklənərək həmin ticarət müəssisələrində quraşdırılmasını, mütəmadi olaraq monitorinqini, ticarət müəssisələrinin hesablaşma hesabından aylıq abunə haqlarının (müqavilədə nəzərdə tutulduğu halda) silinməsini həyata keçirir;
7. Bankdaxili qaydalara əsasən kart biznesi üzrə hesabatları hazırlayır;
8. Rəhbərliyin bu şöbəyə həvalə etdiyi digər vəzifələri   həyata keçirir.

Namizədə tələblər: 

 Ali iqtisadi təhsili;
 Rus dilini bilmək;
 Operativlik bacarığı;
 Dəqiqlik bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 15 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.