Smeta Mühəndisi (Cost Controller)

  • PMD Group
  • Elanın qoyulma tarixi: 13.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Smeta Mühəndisi (Cost Controller) vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Maliyyə dəyərləndirilməsini aparılmaq və rəhbərliyə təqdim etmək
 Zərurət yarandıqda layihə qiymətlərini təhlil etmək
 Müqavilə dəyərlərinin təhlili zamanı dəyərləndirmə komandasına köməklik etmək
 Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işləri ölçmək və təhlil etmək
 Layihənin tələblərinə uyğun olaraq, tender sənədlərində qeyd edilən iş həcmlərini yoxlamaq
 Podratçıların təqdim etdiyi ehtimal olunan qiymətləri yoxlamaq və təhlil etmək
 Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərini, dəyişiklik proseduru sənədlərini, irəliləyiş hesabatlarını birbaşa rəhbəri ilə bərabər yoxlamaq
 Podratçılar tərəfindən hazırlanmış maliyyə nəzarəti hesabatlarını yoxlamaq
 Hesab-fakturaların müqavilənin şərtlərinə uyğunluğunu yoxlamaq

Tələblər:

 Oxşar vəzifədə azı 3 il iş təcrübəsi; mülki tikinti sahəsində iş təcrübəsi arzuolunandır
 Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi. İnşaat Mühəndisliyi arzuaolunandır.
 Azərbaycan dili – səlis; İngilis dili arzuolunandır
 Kompyuter bilikləri – MS Office

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi