Vakansiyanın adı:
İnsan resurslarının idarəolunması şöbəsi, mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
Kadr inzibatçılığı üzrə:
• İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmləşdirilməsini təmin etmək;
• Əmək məzuniyyətinin növbəlilik cədvəlinə uyğun olaraq rəsmləşdirilməsi;
• İşçilərin hərbi uçotunun aparılmasını təmin etmək;
• İmzalanmış əmrlərin qeydiyyatı və aidiyyəti strukturlara göndərilməsini təmin etmək;
• Əmək kitabçalarının müvafiq hissələrini doldurmaq;
• İcazələrin və xəstəlik vərəqələrinin qeydiyyatını aparmaq.
Hesabatlıq üzrə:
• Şöbədaxili hesabatların (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək.
Əmək müqavilələrinə xitam verilməsi üzrə:
• Qanunvericiliyə uyğun olaraq bütün sənədləşmə işlərinin aparılmasını təmin etmək;
• Təhvil-təslim aparılmasına nəzarət etmək;
• İşçi ilə çıxış vərəqəsinin və son anketin doldurulmasını təşkil etmək.
Şəxsi işlərin aparılması Təlimatı üzrə:
• əmək müqavilələrinə xitam verilən işçilərin şəxsi işlərini Təlimata əsasən hazırlayaraq arxivləşdirmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan və Rus dili sərbəst, İngilis dili arzuolunandır;
• Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq ixtisaslar üzrə ali təhsil;
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " İnsan resurslarının idarəolunması şöbəsi, mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.