Satınalmalar üzrə Baş Mütəxəssis

İşin təsviri

Satınalmalar üzrə Baş Mütəxəssis

Vəzifə Təlimatları:

- Satınalmalar üzrə menecerin rəhbərliyi altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi.
- Şirkət daxili Satınalma Prosedurlarına və Əmrlərinə riayət olunmasına nəzarət.
- Etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinin təşkili və nəzarət.
- Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət
- Sifariş edilmiş mal-material və ya xidmətlərin 5Q standartlarına uyğun şəkildə təşkilinin idarə edilməsi.
- Podratçı və tədarükçülərin müvafiq performansının analiz edilməsi.
- Müqavilə danışıqlarının həyata keçirilməsində Hüquq şöbəsi ilə koordinasiyalı fəaliyyət.
- Dövlət Satınalmaları və Tender proseslərində məlumatlılıq.
- Tender prosesinin icrasında səriştə
- Periodik hesabatların Satınalmalar rəhbərinə təqdim olunması.

Tələblər:

- Uyğun sahədə 4-5 il iş təcrübəsi
- Güclü Excel bilikləri
- Effektiv dil bilgiləri (Azərbaycan , Rus dili və İngilis dili əla səviyyədə olmalıdır)
- Təşəbbüs göstərmək və verilmiş tapşırıqları vaxtında və effektiv yernə yetirmək bacarığı
- Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı 

Xahiş olur CV-lərinizi  Satınalmalar üzrə Baş Mütəxəssis başlığı altında [email protected] e-mail ünvanına yollayasınız.

İşəgötürənin reytinqi