Proqram təminatının dəstəklənməsi üzrə mütəxəssis

İşin təsviri

Vakansiyanın adı: Proqram təminatının dəstəklənməsi üzrə mütəxəssis

Vakansiyanın kodu: V18110101

Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: Məlumat hesablama mərkəzi
Vakansiya üzrə struktur: Proseslərin avtomatlaşdırılması bölməsi
Ödəniş növü: Vaxtamuzd
Əməyin ödənilməsi dərəcəsi: 
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofis daxili
İş yerinin ünvanı: Bakı şəhəri, Fikrət Əmirov küçəsi 24, Bakı AZ1010
Tələb olunan təhsil istiqaməti/ixtisası: -
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə: 2 il

Tələb olunan komputer bilikləri

- Alqoritmləşdirmənin əsaslarını;
- SQL.

Tələb olunan xarici dil bilikləri

İngilis dili – yaxşı səviyyədə;
Rus dili – yaxşı səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər

- Məlumatların emalına və proqramlaşdırmanın hesablama texnikasının istifadə metodlarına aid olan rəhbər və normativ sənədlərin tələbləri.

Digər tələb və üstünlük göstəriciləri

- Riyazi biliklər;
- Yüksək analitik düşünmə qabiliyyəti;
- Yaxşı səviyyədə rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- İnformasiya texnologiyaları sahəsində ali təhsil ixtisası olan şəxslərə üstünlük verilir;
- Microsoft office Excel, Word və Microsoft Visio proqramlarını yüksək səviyyədə bilmək.

Vəzifə öhdəlikləri

- Riyazi modellərin və alqoritmlərin təhlili əsasında məsələləri həll edən proqramların, işin texnologiyasının, onun həllinin ardıcıllığının işlənib hazırlanması;
- Proqramlaşdırma dilinin seçilməsi və istifadə olunan model və alqoritmlərinin ona uyğunlaşdırılması;
- Kompüterlərə məlumatların daxil olunması, emalı, saxlanılması və verilməsinin həcmini, strukturunu, maket və sxemlərinin hazırlanması;
- Proqramlaşdırmanın avtomatlaşdırma metod və vasitələrinin, nümunəvi və standart proqram vasitələrinin işlənib hazırlanması və tətbiq edilməsi;
- Məntiqi təhlil əsasında proqramların yoxlanılmasının aparılması;
- Proqrama daxil olan şərtlərin maksimum miqdarının həllini təmin edən məlumatların cəminin təyin olunması;
- Başqa müəssisə, idarə və təşkilatda işləyib hazırlanmış hazır proqramlardan istifadə imkanını müəyyən edilməsi.

Vakansiyanın elan olunma tarixi: 01.11.2018
Son müraciət tarixi: 16.11.2018

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

İNSAN RESURSLARI İDARƏSİ
Dilarə Əliyeva 230, www.ady.az

E - mail :  [email protected]