SAT (Math) üzrə müəllim

  • Vision Academy
  • Elanın qoyulma tarixi: 19.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vision Academy SAT (Math) üzrə müəllim vakansiyası elan edir.

“Vision Academy” qurulduğu tarixdən etibarən bir çox sahədə xidmətlər göstərir, Vision öz hədəfinə bağlı qalaraq elm öyrənmək və bilik qazanmaq istəyənlər üçün ən önəmli seçimlərdən birinə çevrilmişdir.

Bizim mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək olmaq və bu sahədə innovasiyalar yaratmaqdır.

Bizimlə bu hədəflərə çatmaq uğrunda çalışan işçi heyətimizlə fəxr edirik və sizi mehriban komandamıza qoşularaq Vision ailəsinin bir üzvü olmağa dəvət edirik.

Tələb olunan təcrübə:

•     Ali təhsil
•     Fərdi və qruplarla işləmək bacarığı;
•     Tələbələri cəlb etməklə tədris planı təqdim etmək qabiliyyəti (oyun və.s )
•     Müvafiq sahə üzrə miniumum 3 il iş təcrübəsi
•     SAT üzrə dərəcə və sertifikat olanlara üstünlük veriləcək
•     Rus dili və İngilis dili bilməsi arzu olunandır

Tələb olunan bacarıqlar:

•     Peşəsinə yüksək motivasiya ilə yanaşma
•     Tələbələrə fərdi və differensial yanaşma
•     Yüksək çalışmaq və öyrətmək həvəsi
•     Dərslərin idarə edilməsi bacarığı
•     Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı
•     Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti
•     Müxtəlif yaş qrupları ilə çalışmaq bacarığı

Vəzifə öhdəlikləri:

•    Yüksək motivasiya və tələbələri cəlb etmək qabiliyyəti
•    Tələbələrin test günündə ən yüksək ballların əldə edilməsi üçün köməklik göstərmək
•    Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək
•    Tapşırıq, test materialları və sualları hazırlamaq
•    Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq
•    Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha   maraqlı   keçməsini təmin etmək

Sizə təklif edirik:

•    Əmək müqaviləsi ilə işə qəbul
•    Sosial, təhsil və fərdi inkişafla bağlı tədbirlərdə iştirak imkanları
•    Dərs prosesi zamanı müasir texnologiyalardan istifadə etmə imkanı;
•    Mehriban, inkişafa yönümlü və peşəkar kollektivlə işləmək imkanı;
•    Yeni təşəbbüs və ideyaları irəli sürmək və gerçəkləşdirmək imkanı.

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi SAT (Math) üzrə  müəllim qeyd edərək  hr.visionacademy.az  ünvanına müraciət etmələri xahiş olunur.

İş saatları: Sərbəst qrafik. (Təyin olunmuş dərs cədvəli əsasında)
Əmək haqqı: Razılaşma əsasında
Ünvan: Bakı şəh, Z.Xəlilov 25 A
Əlaqə üçün:050-494-32-32