Aparıcı proqramçı

İşin təsviri

Vakansiyanın adı: Aparıcı proqramçı

Vakansiyanın kodu: V18080705/2

Vakansiyanın kateqoriyası: Qulluqçu

Vakansiyanın aid olduğu struktur vahid: Məlumat hesablama mərkəzi

Vakansiya üzrə struktur: Proseslərin avtomatlaşdırılması bölməsi

Ödəniş növü: Vaxtamuzd

Əməyin ödənilməsi dərəcəsi: 5

Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofis daxili

İş yerinin ünvanı: Bakı şəhəri, Fikrət Əmirov küçəsi 24, Bakı AZ1010

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: Sahə üzrə: 3 il

Tələb olunan komputer bilikləri: 

- C# Windows Form Application;
- C# ASP.NET;
- WEB API 2;
- MVC;
- SQL.

Tələb olunan xarici dil bilikləri: 

İngilis dili – yaxşı səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər: 

- Məlumatların emalına və proqramlaşdırmanın hesablama texnikasının istifadə metodlarına aid olan rəhbər və normativ sənədlərin tələbləri;
- Avadanlığın texniki istismarı və konstruktiv xüsusiyyətləri;
- Avadanlıqların təyinatı və iş rejimləri;
- Məlumatın mexaniki emalı, texnologiyası;
- Məlumat daşıyıcılarının texniki növləri;
- Məlumatın siniflərə bölünmə, kodlaşdırma metodları;
- Proqramlaşdırmanın formalaşmış dili;
- Qüvvədə olan aidiyyəti standartlar, say, şifr və kod sistemləri;
- Proqramlaşdırma metodları;
- Proqramlaşdırma və hesablama texnikasının istifadəsi üzrə qabaqcıl təcrübə qaydaları.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Məsuliyyətlilik, diqqətlilik, dəqiqlik.

Digər tələb və üstünlük göstəriciləri

- Bootstrap, Jquery bilik və bacarıqları olan şəxslərə ütünlük verilir;
- Yaxşı səviyyədə rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- İnformasiya texnologiyaları sahəsində ali təhsil ixtisası olan şəxslərə üstünlük verilir.

Vəzifə öhdəlikləri: 

- Riyazi modellərin və alqoritmlərin təhlili əsasında məsələləri həll edən proqramların, işin texnologiyasının, onun həllinin ardıcıllığının işlənib hazırlanması;
- Proqramlaşdırma dilinin seçilməsi və istifadə olunan model və alqoritmlərinin ona uyğunlaşdırılması;
- Kompüterlərə məlumatların daxil olunması, emalı, saxlanılması və verilməsinin həcmini, strukturunu, maket və sxemlərinin hazırlanması;
- Proqramlaşdırmanın avtomatlaşdırma metod və vasitələrinin, nümunəvi və standart proqram vasitələrinin işlənib hazırlanması və tətbiq edilməsi;
- Məntiqi təhlil əsasında proqramların yoxlanılmasının aparılması;
- Proqrama daxil olan şərtlərin maksimum miqdarının həllini təmin edən məlumatların cəminin təyin olunması;
- Başqa müəssisə, idarə və təşkilatda işləyib hazırlanmış hazır proqramlardan istifadə imkanını müəyyən edilməsi;
- Şöbə əməkdaşlarına sahə üzrə metodiki rəhbərliyin edilməsi.

Vakansiyanın elan olunma tarixi: 10.09.2018
Son müraciət tarixi: 25.09.2018

Müraciət üçün aşağıdakı keçidə daxil olun :

https://ady.az/az/career/vacancy/69/46