Satış üzrə menecer

  • General Supply
  • Elanın qoyulma tarixi: 06.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

General Supply – dünyanın hər yerində təchizat zənciri, logistika, avadanlıq kirayəsi və saxlama kimi xidmətlər göstərən şirkət qismində tanınır. Komandamıza Satış üzrə menecer vəzifəsinə təcrübəli, ixtisaslı işçi tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Yeni ve köhnə müştərilərin cəlb edilməsi
• Potensial müştərilərin axtarışı;
• Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması;
• Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılması;
• Şirkətin satış siqmetinə uyğun  marketinq araşdırmalarının aparılması və bu araşdırmalar əsasında biznes planın hazırlanması.
• Müştərilərin təsdiq olunmuş satış proqramına müvafiq müəssisə ilə iş birliyinə cəlb olunması.
• Satışın statistik analizi və müştərilərə təqdim olunan məhsul(xidmət) analizi;
• Müəssisənin və şöbənin reqlamentinə uyğun görülən işlərin nəticələrinə əsasən həftəlik ayliq və illik hesabatların   müdiriyyətə  təqdim olunması

Namizədə qarşı tələblər:

• Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə xoş rəftar
• Təqdimat edə bilmə və inandırmaq bacarığı
• Sərbəst özünə güvənən
• Səlis danışıq
• Dillər: Azərbaycan, Rus və İngilis
• İş stajı : Ən azı 5 il

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış üzrə Menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.