İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis

İşin təsviri

KaspiTəhsil Şirkəti İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

• Ali təhsil;
• Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı, Rus dili üzrə biliklər arzuolunandır;
• Microsoft Office proqramlarından istifadə bacarığı;
• Danışıqlar aparma, fərdi söhbət və problem həlletmə bacarıqları;
• Yüksək dərəcədə məsuliyyətlilik və etibarlılıq.

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin ünsiyyət strategiyalarını və ictimai əlaqə proqramlarını həyata keçirmək;
• Şirkətin mövqeyini gücləndirmək məqsədi ilə PR kampaniyalarını təşkil və idarə etmək, onları ölçmək və qiymətləndirmək;
• Brend təşəbbüslərini işləyib hazırlamaq və həyata keçirmək üçün Şirkət Rəhbərliyi ilə birgə işləmək;
• Press-kitlər, press-relizlər, informasiya bülletenləri, təqvim cədvəlləri hazırlamaq və yaymaq;
• Marketinq və reklam məsələləri ilə bağlı təklifləri dəyərləndirmək, müvafiq Struktur Rəhbəri ilə müzakirə etmək və cavablandırmaq;
• Şirkətin elektron poçt ünvanlarına və sosial media səhifələrinə daxil olan mesajların və rəylərlərin cavablandırılmasını izləmək və ehtiyac olduğu hallarda cavablandırmaq;
• Bütün media siyahılarını və əlaqə məlumatlarını inkişaf etdirmək və lazımi səviyyədə saxlamaq;
• Mətbuatla və əsas bazarda biznes tərəfdaşları ilə müsbət münasibətlər qurmaq və inkişaf etdirmək;
• Şirkətin göstərdiyi xidmətlərin mükəmməlliyini qorumaq məqsədi ilə rəqib şirkətlərin fəaliyyətini araşdırmaq və izləmək;
• Ehtiyac yarandıqda Şirkətin təmsilçisi kimi media və ictimaiyyət qarşısında çıxış etmək;
• Ən yeni foto və video kitabxananı, o cümlədən bütün mətbuat konfranslarının və digər xüsusi tədbirlərin foto-yazılarını qoruyub saxlamaq;
• Şirkət barədə mətbuatda çıxan xəbərləri izləmək və arxivləşdirmək;
• Sosial media və bazara çıxarılacaq bütün nəşr və mətnlərə nəzarət etmək;
• Şirkətə daxil olan şikayətlərin araşdırılmasını, qeydiyyatının aparılmasını və cavablandırılmasını izləmək;
• Müştəri məmnunluğunu ölçmək məqsədi ilə müxtəlif növ sorğuları tərtib etmək, keçirilməsini təşkil etmək və gedişatına nəzarət etmək;
• Şirkət adından müxtəlif məzmunlu məktublar yazmaq, onların qeydiyyatını aparmaq və müvafiq ünvanlara göndərmək.

İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş Ofisi (Ünvan: Xocalı pr. 86)
Elan tarixi: 28.08.2018
Son müraciət tarixi: 02.09.2018

• Maraqlananlar http://kaspi.edu.az/career/ keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.