Çilingər

  • Ayan MMC
  • Elanın qoyulma tarixi: 29.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ayan MMC şirkəti Çilingər vakansiyası üzrə CV-lərin qəbulunu elan edir.

Namizədə dair tələblər:

- Yaş həddi: 25 - 40
- Təcrübə: minimum 3 il;
- Ayrı-ayrı sadə hissələrin sökülməsi üzrə işlərin yerinə yetirilməsinin əsas yollarını;
- İstifadə edilən çilingər və kontrol-ölçü alətlərinin təyinatı və tətbiqi qaydasını;
- Metalların, yağların, yanacağın, əyləc mayesinin, yuyucu tərkiblərin adlarını və markalanmasını;
- Avtomobillərin quruluşu haqqında əsas məlumatları;
- Hissələrin quraşdırılması qaydasını;
- Bərkitmə işlərinin yerinə yetirilməsi üsullarını;
- Soyuducu və əyləc mayelərinin, yağların və yanacağın təyinatı və tətbiqini;
- Qüsurluluq parametrlərini;

Vəzifə öhdəlikləri:

- Tələb olunan standartlara uyğun olaraq avtomobilin mexaniki hissələrinin sistematik çıxarılması və bərkidilməsi işlərini yerinə yetirilməsi;
- Avtomobildə qələmlə çapma, əl bıçqısı ilə doğrama, mişarla kəsmə,qırıntıları təmizləmə, yuma, yivaçanla işləmə və dəlikləri deşmə, detalları çirkdən təmizləmə, sökülmədən sonra yuma və yağlama kimi əməliyyatları həyata keçirilməsi;
- Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi;
- Avtomobilin  istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması;
- Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avtomobilin sınaqdan keçirilməsi və təhvil verilməsi;
- İstifadə olunan materiallar və tətbiq olunan metodlar daxil olmaqla proseslərin qeydiyyatının aparılması, xidmət barədə hesabatı rəhbərliyə çatdırilması;
-İş ərazisini və avadanlıqları səliqəli saxlanması, təmir prosedurlarında istifadə olunan zədələnmiş materialları və yararsız şüşəli lövhələri hava şlanqları vasitəsi ilə yığışdıraraq iş ərazisini təmizləməsi;
- İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırması;

Əlavə məlumat:

• Əmək haqqı: fix 600 AZN+bonus;
• Şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 6 gün, 08:00 – 19:00

CV-lərinizi [email protected]  ünvanına “Çilingər” başlığı ilə göndərə bilərsiniz.
Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlaqə nömrələri: 055 444 23 11/ 012-342-99-36