Əməliyyatlar üzrə menecer (Operations manager)

  • Ze-tronics MMC
  • Elanın qoyulma tarixi: 19.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əməliyyatlar üzrə menecer (Operations manager)

Şirkət: “Ze-tronicsMMC

Vəzifə öhdəlikləri:

 Ofisdə kargüzarlığın təşkili, daxil olan və çıxan sənədlərin qeydiyyatı, məktubların və faksların göndərilməsi, elektron poçtla daxil olan məktubların cavablandırılması;
 
 Şirkətin əməkdaşlıq etdiyi banklarla şirkətə mühasibatlıq xidməti göstərən şirkət arasında əlaqələrin koordinasiyası, o cümlədən gündəlik maliyyə-mühasibat sənədlərinin, hesab-fakturaların tərtib olunması, müqavilələrin qeydiyyatı və mühasibatlıq xidməti göstərən şirkətə təqdim olunması, tələb olunan hesabatların hazırlanması;

 Cari ödənişlərin bankın təqdim etdiyi “internet-banking proqramı” vasitəsilə onlayn rejimdə həyata keçirilməsi;

 Ofis ləvazimatlarının və ofisə lazım olan digər təsərrüfat mallarının və xidmətlərinin satın alınmasının təşkili;

 İşçilərin məzuniyyət və ezamiyyə sənədlərinin yığılması və mühasibatlıq xidməti göstərən şirkətə təhvil verilməsi;

 Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi.

Namizədə tələblər:

 Cinsi: Qadın;
 Yaş həddi: 20-35;
 İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
 Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
 Microsof Office (xüsusi ilə Excel) proqramlarına dair mükəmməl bilik və təcrübə (1C və digər uçot proqramları üzrə bilik və təcrübə arzu olunandır);
 Milli mühasibatlıq, bank və vergi qanunvericiliyi üzrə bilik və təcrübə;
 Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili bilikləri arzuolunandır);
 Ünsiyyət və komanda ilə işləmə bacarıqları;
 Analitik düşünmə və problemləri həll etmə bacarıqları;
 Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq.

İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09.00-dan -18.00-dək

Nəzərdə tutulan əmək haqqı: 600 manat

Ünvan: "Ze-tronics" MMC, Əhməd Rəcəbli 219, MZ Plaza, Bakı, Azərbaycan

Namizədlər öz CV-lərini mövzu hissəsində vəzifənin adı göstərilməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: [email protected]