Mühasib

  • Auto Pro MMC
  • Elanın qoyulma tarixi: 19.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Auto Pro MMC şirkəti, avtomobil və ehtiyat hissələri sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət aşağıdakı kriteriyalar üzrə “Mühasib” vəzifəsi üzrə işə qəbul elan edir:

İş barədə məlumat

- Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət
- Mühasibatlıq hesabatlarını vaxtında və düzgün hazırlamaq
- Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək
- Mühasibatlığın bütün ilkin sənədlərini yoxlamaq
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək
- Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderləri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq
- Maliyyə və mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək
- Baş mühasibin digər tapşırıqlarını yerinə yetirmək

Tələblər 

Təhsil - Ali iqtisadi təhsil
Dil bilikləri - Azərbaycan və rus dillərində sərbəst danışmaq
İş təcrübəsi - 5 ildən yuxarı
Mühasibat proqramları ilə işləmə biliyi, 1C mütləqdir
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
Əmək haqqı - 700 AZN

Göstərilən tələblər üzrə uyğun gələn kandidatlardan xahiş olunur [email protected] ünvanına “Mühasib” başlığı altında öz CV-lərini göndərsinlər. CV-də şəkil olması mütləqdir.

Auto Pro MMC tərəfindən digər vakansiyalar