Baş mühasib

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 04.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAAC” MMC (tikinti şirkəti)

Baş mühasib

Əsas vəzifə və öhdəliklər

• Vergi: Aylıq, rüblük, illik hesabatların hazırlanması və təqdim edilməsi, VHF-ların göndərilməsi və qəbulu, ƏDV depozit hesabı ilə ödəmələr və s.
• DSMF: Rüblük və illik (B3) hesabatların təqdim edilməsi və sosial sığorta kartlarının alınması və s.
• Statistika: Müəssisəyə uyğun hesabatların hazırlanması və təqdim edilməsi.
• Şirkətin maliyyə dövriyyəsinə nəzarət
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesabatların hazırlanması.
• Bank: Sənədlərin açılması, daxili və beynəlxalq ödəmə sənədlərinin hazırlanması və banka təqdim edilməsi, əmək haqqı kartlarının açılması və s.
• Kapital və  investisiya  qoyuluşlarının – Mühasibat reystrlərinə əsasən hesabatlar üçün məlumatların təsnifləşdirilməsi.
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarəti
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
• Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
• İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
• Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Forma2, Forma4, Forma 5).
• Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.

Namizədə tələblər

• Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
• 28-45 yaş həddi ,
• Minimum 3-5 il tikinti sahəsində əmək fəaliyyəti olmalı
• Komputer bilikləri - MS office, 1C, ERP
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər

Əlaqə vasitəsi:

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Baş mühasib yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.