Müştəri Xidmətləri Meneceri

  • Old Star
  • Elanın qoyulma tarixi: 16.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Old Star” tatu və tatuaj avadanlıqları üzrə ixtisaslaşmış mağaza olaraq 11 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərir.

Fəaliyyətizimin genişlənməsi ilə bağlı olaraq peşəkar komandamıza qoşulacaq Müştəri Xidmətləri Meneceri axtarışındayıq.

Əsas vəzifə öhdəlikləri:

● Mövcud müştərilər ilə işin qurulması və inkişaf etdirilməsi;
● Potensial müştərilər ilə əlaqələrin qurulması;
● Müştərilərin ehtiyaclarına uyğun təkliflərin hazırlanması;
● Müştərilərin, o cümlədən sosial media üzərindən daxil olan sorğularının cavablandırılması;
● Sosial media hesabları üçün plana uyğun kontentin hazırlanması və paylaşılması.

Namizədə tələblər:

● Ali təhsilli
● 25 - 40 yaş xanımlar
● Müştəri xidmətləri, korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi (kosmetologiya və tibb üzrə işləyənlərə üstünlük verilir)
● Azərbaycan və rus dillərində sərbəst danışıq

Şəxsi keyfiyyətlər:

● Müxtəlif insanlarla ünsiyyət qurmaq bacarığı
● Öyrənmək və özünü inkişaf etdirmək həvəsi
● İşində dəqiq və məsuliyyətli
● Kreativ düşüncə tərzi

İş şərtləri:

● 2 illik əmək müqaviləsi bağlanılır;
● İş vaxtı 10:00 - 18:00, həftənin 6 günü
● Şirkət tərəfindən korporativ nömrə verilir və danışıq xərcləri ödənilir;
● 3 aylıq sınaq müddəti üçün əmək haqqı 600 manat təşkil edəcək;
● Sınaq müddətindən sonra maaş 800 manat +
● Satış və sosial media menecment üzrə əlavə treyninqlər keçiriləcəkdir.

Özünüzü bu elanda göstərilən tələblərə uyğun hesab edirsinizsə CV-nizi [email protected] göndərin. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.