Android proqramlayıcı Mütəxəssis

İşin təsviri

Şirkət: Zyklen Azərbaycan

Zyklen Technology” şirkəti tərəfindən təklif edilən həllər, alman mütəxəssisləri tərəfindən hazırlanmış dünya təcrübəsinə əsaslanan biznes planları əhatə edən texnoloji prosesləri özündə cəmləşdirir. Şirkət öz növbəsində sözügedən məhsulların yerli qanunvericiliyə və müştərilərin tələbinə uyğun olaraq Azərbaycan dilində tətbiqi xidmətlərini təklif edir.

Vəzifə: Android proqramlayıcı mütəxəssis

Yerləşmə: Azərbaycan

Hal-hazırda, aşağıda göstərilən bacarıqları olan Technical Consulting şöbəsində Android Proqramlaşdırma konsaltinq rolunda potensial namizədlər axtarılır:

Vəzifə öhdəlikləri:

• Cari Android proyektlərin təkmilləşdirilməsi
• Biznes proseslərin idarə olunmasının asanlaşdırılması
• Biznes tələblərin optimal həll edilməsi
• Biznes  tətbiqinin effektiv həyata keçirilməsi
• Biznes tələblərə cavab verən həll yollarının inkişaf etdirilməsi
• Biznes problemləri və həllin tələblərini yenidən istifadə edilə bilən texnoloji həllər ilə uyğunlaşdırılması
• Boşluqların müəyyənləşdirməsi, dəstəklənə və təkrarlana bilən metodologiyalardan istifadə edilərək həll edilməsi
• Problemlərin müəyyənləşdirilməsi, izlənilməsi, həll edilməsi və qarşısının alınması

Tələblər:

• Müvafiq sahədə ali təhsilli olmalı;
• Tələb olunan sahə üzrə ən az 2 il iş təcrübəsi olmalı
• Android Studio
• Java(Android) proqramlaşdırma dili
• SQLite
• Material design
• API skills
• Yazılmış app nümunəsi
• Ümumi İT bilikləri

Səriştələr:

• Şifahi ünsiyyət bacarığına malik olmalı
• Komanda ilə işləməyi bacarmalı
• Gərgin iş şəraitində işləməyi bacarmalı
• Öz üzərində işləməyi bacarmalı

Üstünlük verilir:

• ERP sahəsində təcrübə
• Kompleks analitik və texniki məsələlərin diaqnostikasında, idarə olunmasında və həllində göstərdiyi uğurlar
• Proqramlaşdırma sahəsində sertifikatlar
• Xaricdə ali tahsil

Dil bilikləri:

• İngilis dili – yaxşı
• Müraciət üçün CV-nizi  [email protected]  emailinə göndərməyinizi xahiş edirik.

Zyklen Azərbaycan tərəfindən digər vakansiyalar