CCTV və təhlükəsizlik sistemləri üzrə Mühəndis – Layihəçi
Təklif edilən maaş: 700 AZN
Yaş: 25 - 40 yaş
Təhsil: Ali
İş təcrübəsi: minimum 3 il
Cinsi: Kişi
İş günü: 6 günlük
İş saatları: 09:00-18:00
İstirahət günü: Bazar günü
İş barədə məlumat
Layihələndirmə üçün ilkin məlumatın yığılması, sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
Təhlükəsizlik sistemləri üzrə avadanlığın və proqram təminatının (video müşahidə kameraları, rəqəmsal video yazan qurğuları, girişə nəzarət sisteminin - kart oxuyucuları, oxuyucuların interfeys qurğuları, elektron quraşdırma qurğuları, kameralı paketləşdirilmiş maqnit kart dəsti, turniketlər və s.) layihələndirilməsi və çertyojların hazırlanması;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Müraciət olduğu halda yaranmış nasazıqları aradan qaldırmaq üçün rayonlarda yerləşən obyektlərə ezamiyyə olmaq.
Namizədə tələblər
Mühəndis ixtisası üzrə ali təhsil;
Təhlükəsizlik təchizatının təşkilini, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydasını bilməli;
Təhlükəsizlik sistemləri üzrə sxemlərini oxumaq və çəkmək bacarığı;
Kompyuter bilikləri – AutoCAD əla bilməli, 3D MAX, VRAY, Corel Draw proqramlarının bilməsinə üstünlük verilir.
MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dilinin bilməsi;
Komandada işləmə bacarığına malik olmalı;
Diqqətli və dəqiq olmalı;
İşgüzar və məsuliyyətli olmalı;
Təzyiq altında işləməyi bacarmalı.
E-mail: [email protected]