Şirkət haqqında
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifənin adı: İctimaiətlə əlaqələr üzrə mütəxəssis
Təcrübə müddəti: Müvafiq sahədə 3 il iş təcrübəsi
Təhsil: Ali (Jurnalistika)
İxtisas Bilikləri və Bacarıqlar:
İctimaiətlə əlaqələr konsepsiyasının yaradılması təcrübəsi, müzakirə obyektinə çevriləcək hadisələrin yaradılması, ictimaiətlə əlaqələr tədbirlərinin həyata keçirilməsi
Press-relizlər, məqalələr və reklam daşıyıcıları üçün reklam mətninin hazırlamaq səriştəsi
Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti
Bilməlidir
KİV və digər vasitələrlə işləmə əsaslarını;
PR-ın və PR kampaniyalarının planlaşdırılması prinsiplərini;
PR kampaniyaların təşkili və həyata keçirilməsi metodlarını;
KİV-in strukturu və funksiyalarını;
Daxili korporativ PR və digər PR istiqamətlərinin əsaslarını;
Reklam işinin əsaslarını.
Kompyuter Bilikləri: MS Excel, MS Office, Windows,
VƏZİFƏ FUNKSİYALARI:
İnformasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;
Mətbuatın monitorinqi;
Əsas əlaqələr, informasiya kanalları və s. üzrə məlumat bazasının yaradılması;
Press-relizlərin hazırlanması
PR məqsədlərinin müəyyən edilməsi üçün daxili kommunikasiya kanallarının yaradılması;
Dövlət strukturları və mühüm ictimai institutlarla münasibətlərin qurulması;
PR xərcləri üzrə büdcəyə nəzarət.
PR aksiyaların keçirilməsi və digər PR xarakterli işləri həyata keçirmək;
Şirkətin fəaliyyətindəki yeniliklərlə bağlı ictimaiyyəti məlumatlandırmaq
Keçirilən tədbirlərə ictimaiyyətin diqqətini cəlb etmək.
İş qrafiki: 5 günlük
Yaş həddi: 23 - 35 yaş
İş yeri: Bakı şəh.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "PR mütəxəssisi" qeyd edilməsi xahiş olunur.