Risklərin idarə edilməsi departamentində Uyğunluq şöbəsinin Mütəxəssisi(AML)

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 21.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Risklərin idarə edilməsi departamentində uyğunluq şöbəsinin mütəxəssisi(AML)

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)
 
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi təhsil
• PL/TMM ilə mübarizə sahəsində iş təcrübəsi arzu olunandır;
• Dərin analitik bacarıqları, böyük baza ilə işləmək qabiliyyəti;
• Bank qanunvericiliyi, PL/TMM üzrə milli qanunvericilik, beynəlxalq standartlar və tələbləri yüksək səviyyədə mənimsəmək qabiliyyəti;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
• Dərin MS Office – Excel bilikləri, xml formatında hesabatların tərtibi bacarığı;
• Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• MMX-ya göndərilən hesabatların hazırlanması;
• Gündəlik və dövrü olaraq müştəri əməliyyatlarını monitorinq edib şübhəli və qeyri-adi əməliyyatların aşkarlanması və onların təhlil edilməsi;
• Nəzarət orqanlarından və müxbir banklardan daxil olan sorğuların cavablandırılması;
• Bankın və nəzarət tənzimləyici orqanlarının tələblərinə əsasən hesabatların hazırlanması, təhlil və təqdim edilməsi;
• Bankın şöbələri və filiallarından alınan şübhəli və qeyri-adi əməliyyatlar barədə məlumatların araşdırılması və təhlilin həyata keçirilməsi;
• FATCA və CRS üzrə hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Uyğunluq şöbəsinin Mütəxəssisi(AML)” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.