Əməliyyat bölməsinin baş əməliyyatçısı

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 07.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Əməliyyat bölməsinin baş əməliyyatçısı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
 
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Ünsiyyət qurmaq bacarıqları;
• Azərbaycan və Rus dillərini səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı. 
 
İŞİN TƏSVİRİ:

• Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
• Müştərilər üçün hesablar açmaq, müqavilələr hazırlamaq;
• Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;
• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək;
• Bankda mövcud olan pul köçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
• Müştərilərə POS-Terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat bölməsinin baş əməliyyatçısı” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.