Şirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifənin adı: İnsan Resursları Layihə Koordinatoru
Təcrübə müddəti: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
Təhsil: Ali
İxtisas Bilikləri və Bacarıqlar:
İş və iş yükü analizləri, say normalarının işlənməsi biliyi;
İnsan resursları planlaşdırma biliyi
Əməyin ödənilməsi və imtiyazlar sahəsində biliklər
Performansın idarəedilməsi sahəsində biliklər
Prosedur, təlimat, əsasnamələrin tərtibi və hesabatların hazırlanması sahəsində biliklər
İş dəyərləndirmə sahəsində biliklər
Kompyuter Bilikləri: MS Excel (sərbəst istifadə), MS Visio proqramında işləməyi bacarması arzuolunandır
VƏZİFƏ FUNKSİYALARI:
İş yükü analizi, iş analizlərini aparmaq və işçi say normalarını, vəzifə funksiyaları üzrə iş standartlarını (fəaliyyət addımlarının icra müddətini) müəyyən etmək
Vəzifə funksiyaları üzrə tələb olunan səriştə və kvalifikasiya tələblərini müəyyən etmək
Vəzifə funksiyaların effektivliyini və səmərəliliyini ölçən performans göstəricilərini müəyyən etmək
Əməyin ödənilməsi sistemlərini qurmaq (əsasən mükafatlı) və performansın idarəedilməsi sistemləri ilə əlaqələndirmək
İnsan resursları hesabatlarını hazırlamaq;
"Prosedur, təlimat və əsasnamələr hazırlamaq, prosedur, təlimat və əsasnamələr hazırlamaq"
Performansın idarəedilməsi sistemlərini qurmaq
İş qrafiki: 5 günlük
Yaş həddi: 22 - 35 yaş
İş yeri: Bakı şəh.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "İR Layihə koordinatoru" qeyd edilməsi xahiş olunur.