Fərdi Satış şöbəsinin Mütəxəssisi

  • Insurall
  • Elanın qoyulma tarixi: 13.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Fərdi Satış şöbəsinin Mütəxəssisi

Vəzifə öhdəlikləri:

 Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla telefon vasitəsi ilə görüşlər keçirmək;
 Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
 Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
 Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
 Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
 İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş təcrübəsi, bilik və bacarıqlar:

 Sığorta sektorunda təcrübə məcburidir.
 Gülərüz, pozitiv, insanlar ilə tez ünsiyyətə girəbilmə qabiliyyəti olmalıdır.
 Müştəri məmnuniyyətini əsas tutmalıdır.
 Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olmalıdır.
 Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı olmalıdır.
 Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olmalıdır.
 Azərbaycan dilini sərbəst, Rus dilini orta səviyyədə bilməlidir.
 Müştərilər ilə asan kommunikasiya yaratma bacarıqları, çalışqanlıq, təmkinlik, diqqətlik, komandada çalışma bacarıqları olmalıdır.

Qeydlər:

 İlk öncə iş elanı ilə ətraflı tanış olun.
 CV formanızın Word və yaxud PDF formatında olması məqsədə uyğundur.
 Tələblərə uyğunluq təşkil edən namizədlərlə əlaqə saxlanılacaq.
 E-mailin mövzu hissəsində vakansiyanın adını mütləq şəkildə qeyd edin.
 Qeyd olunmuş kriteriyalara uyğunluq təşkil edən namizədlər CV formalarını  [email protected] ünvanına göndərə bilər.