Satıcı

İşin təsviri

Vəzifə: Satıcı

Vəzifə haqda: 28 Mall-da yerləşən Zuleykha dəbli aksessuar butikinə Satıcı tələb olunur.

Əsas öhdəliklər:

• Aksessuarların satışını təmin etmək
• Müştərilərlə xoş ünsiyyət və aksessuarlara maraq oyada bilmək
• Daxili satış proqramını və digər kassa avadanlığında səlis işləmək
• Gündəlik hesabatları Baş menecere təqdim etmək
• Satış və texniki bacarıqlar üzrə təlimlərdə iştirak etmək və mənimsəyərək işində tətbiq etmək

Tələblər:

• Yaş həddi 20-35
• Yalnız qadın namizədlər müraciət edə bilər
• Xarici görkəmi baxımlı
• Təcrübə önəmlidir
• Bacarıqlı sata bilmək potensialı
• Ünsiyyətcil, etibarlılıq və dəqiqlik
• Azərbacan dilində səlis, rus və ingilis dillərində orta danışıq bacarığı
• Komandada çalışa bilmək
• Çevik, operativ çalışan və tez öyrənən
• İş yerinə yaxın ərazidə yaşamalı
 
İş saatları: İş növbəlidir 10:00- 22:00. Bir gün iş günü, növbəti gün istirahət günü olmaqla təqribən ay ərzində 15 iş günü.

Əmək haqqı:

- İlk ay 350 AZN
- İkinci aydan etibarən namizəd maaşı ilə bərabər performans sisteminə əsasən satış səviyyəsinə görə əlavə bonuslar alacaqdır.

Təlim: Seçilmiş uğurlu namizəd iş zamanı bir sıra təlimlərlə təmin olunacaq. Buraya korporativ davranış, peşəkar kargüzarlıq, xüsusi kassa proqramı, satış və digər təlimlər aiddir.

Yerləşməsi: Bu vəzifəyə seçilmiş uğurlu namizəd 28 MALL-da yerləşən butikimizdə çalışacaqdır.

Qeyd: İş yerinə uzun müddətli karyera inkişafı kimi baxmayanların narahat etməməsi xahiş olunur.

Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını başlığa "Satıcı" qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

Zuleykha Aksessuar tərəfindən digər vakansiyalar