Istehsal Xətti üzrə Operator (Qaradağ)

  • Plant
  • Elanın qoyulma tarixi: 29.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Qaradağ rayonunda yerləşən zavod Istehsal Xətti üzrə Operator vəzifəsi üzrə vakansiya elan edir.

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Texnoloji maşınları və avadanlıqları idarə etmək;
• İstehsalat maşınlarının axınını nizamlamaq üçün fəaliyyətə nəzarət etmək;
• Yarım avtomatik avadanlıqları və pnevmatik sistemləri idarə etmək;
• Digər istehsalat avadanlıqlarını və idarə panelini idarə etməli, istehsalat xəttini  işə salır və məhsulu müşahidə edir;
• Məhsul nümunələrini və laboratoriya hesabatlarını təftiş etmək və tədarük axım dərəcələrini tənzimləmək;
• İstehsalat qeydlərini və hesabatlarını tərtib etmək;
• Müəyyən edilmiş maşınların yaxşı işlək vəziyyətdə saxlanılmalarını təmin etmək;
• Müəyyən edilmiş maşınları yaxşı sanitar vəziyyətdə saxlanmalarını təmin etmək;
• Tərtib edilmiş cədvələ uyğun olaraq istehsalatın məhsuldar olmasını təmin etmək;
• İstehsalat üçün anbardan xammalları götürmək;

TƏLƏBLƏR:

- 25-45 yaş arası kişilər
- Texniki təhsilli
- İstehsalatda iş təcrübəsi olmalı
- Dil bilikləri Azərbaycan və pre intermediate səviyyəsində İngilis dili
- Komandada işləmə bacarığı;
- Nəzarət edə bilmə qabiliyyəti;

İş rejimi:  5 günlük iş həftəsi saat 08:00-17:00

Nəqliyyat təmin edilir

Əmək Haqqı: 400 – 450 AZN

Maraqlananlar CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 30.11.2017