Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi

İşin təsviri

Bank “BTB” ASC İT departamentinin Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi

İş barədə məlumat:

- Tətbiqi proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara hər zaman və təcili xidmət göstərir;
- Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirir;
- Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin edir;
- Tətbiqi proqramlar  üzrə bankdaxili treyninqlər keçirir;
- Şöbə rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olur;
- Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirir;
- Məlumat mübadiləsi və hesabatların maksimum dərəcədə avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi işini görür;
- Şöbə rəhbəri tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

- Ali təhsil;
- NET C#, PL/SQL,  ASP.NET, Oracle DB-də iş bacarığı;
- Proqramlaşdırılma sahəsində 3 ildən artıq iş  təcrübəsi;
- SSRS –də işləmək bacarığı;
- Maliyyə və bank sahəsində iş təcrübəsi;
- Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi;
- İngilis və rus dili bilikləri;
- Analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı, məsuliyyət.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni azərbaycan dilində 18  Avqust,  2017 –ci il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi)göstərməyiniz xahiş olunur.