Satış üzrə Menecer /Bakı və rayonlar üzrə/

  • GENS Elektrik
  • Elanın qoyulma tarixi: 05.06.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Gens Elektik MMC

Satış üzrə Menecer /Bakı və rayonlar üzrə/

Əsas tələblər:

- 25-35 yaş aralığında olan xanım və bəy namizədlər;
- Ali təhsil
- Rus və İngilis dillərində danışıq və yazma bacarığı;
- Satış sahəsində ən az  2 il iş təcrübəsi;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Sürücülük vəsiqəsinin olması şərtdir.

İş haqqında məlumat:

- Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirir;
- Şirkətin satdığı məhsulları müştərilərə təqdim edir, sifarişləri toplayır, satış planını və hədəflərini müəyyən vaxt çərçivəsində yerinə yetirir;
- Yeni müştərilər cəlb edir və mövcud əlaqələri gücləndirir, müştərilər ilə bağlanan müqavilələrin hazırlanmasında iştirak edir, müdriyyətə tələb olunan hesabatları təqdim edir;
- Satışa buraxılan məhsulu şirkətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdansatış məntəqələrində rəflərdə prioritet yerlərdə düzülüşünü, qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğunu və lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirilməsini təmin edir;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatları dəqiq və ətraflı hazırlayaraq satış bölgə müdirinə yazılı surətdə təqdim edir;

- İş saatları: həftəiçi 09:00-19:00 şənbə günü 09:00-18:00
- İstirahət günləri: Bazar
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı: 500 AZN + bonus

E-mail: [email protected]

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində göstərməyiniz, və cv-nizin şəkillə yollamanız xahiş olunur.Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaqdır.