Mühasib - Xəzinədar
İşin təsviri - vəzifə səlahiyyətləri:
- Pul vəsaitlərini ( milli manat və digər valyutalar) qəbul edir, qoruyur, saxlanmasını və təhlükəsisliyini təmin edir.
- Kassa cihazının fasiləsiz işini təmin edir, profilaktik baxişdan keçirləməsini təmin edir.
- Mövcud olan nəğd vəsaitin kassa kitabi ilə uyğunluğuna nəzarətdə saxlayir.
- Saxta pulların ola bilmə ehtimalına nəzarət edir
- kassa hesabatı hazırlayır
- müvafiq qaydalara uyğun olaraq inkasiya əməliyatlarını həyata keçirdir.
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini təmin etməlidir
- Daxil olan pul vəsaitlərinin,əmtəə-mal qiymətlərinin və əsas vəsaitlərin uçotunu,mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini,xərclər smetasının hazırlanması,məhsulun satışını,iş və xidmətlərin yerinə yetirilməsini,maliyyə,hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları əməliyyatlarının uçotunu təşkil etməlidir
- Müştərilərə satış miqdarına görə verilən əlavə pulsuz malların (promoların) sənədlərini yoxlamamlıdır
- Ciddi hesabat blankı olan vergi hesab-fakturaları doldurmalı,həmin blankların,həmçinin digər ciddi hesabat blanklarının uçotunu təşkil etməli, mühasibatlıq üçün zəruri olan məlumatların toplanmasında mühasibə köməklik göstərməlidir
- Hər iş gününün sonuna qədər kassa sayımının nəticələri haqqında hesabatı (Elektron poçt vasitəsi ilə) maliyyə sektoru və direktora təqdim etməlidir.
- Nəğd pul vəsaitlərinin şirkətin xəzinəsinə qəbulunu təmin edir, məlumatları mövcud olan proqrama işlənməsini həyata keçirdir.
- Rəhbərlik tərəfindən təsdiq edilmiş. nəğd pul vəsaitlər üzrə sorğularının icrasını təmin edir, məlumatları proqrama işləyir.
- Nəğd pul vəsaitlərinin qalıqlarının limitini nəzarətdə saxlayır.
- Avansları, xərcləri yoxlayır, onları rəsmiləşdirir, proqrama işlənməsini təmin edir.
- Xəzinə kitabının yazılması;
- Çeklərin təhvil-təslim edilməsi;
- Naməlum məbləğlərin araşdırılması;
- Şirkətin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunu aparmaq;
- Maliyyə, kassa və hesablaşma intizamına riayət etmək;
- Aylıq, rüblük və illik hesabatları tərtib edir və onların vaxtında müvafiq orqanlara və şirkət rəhbərliyinə təqdim edilməsinə çalışır;
- Sığorta şəhadətnamələrinin sistemə daxil ediləsi,xitam edilməsi;
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək və müvafiq hesabatların hazırlanması.
- Mühasibatlıq müxabirləşmələrinin 1C proqramında əks olunması
-Bank və kassa əməliyyatlarının aparılması,ödəniş tapşırıqlarının,xəzinə mədaxil və məxaric orderlərinin yazılması
-Təhtəl hesab şəxslərlə hesablaşmalar, avans hesabatların tərtib olunması
-Mal və material qiymətlilərinin anbara mədaxil olunması;istehsalata və satışa silinməsi
-Debitor və kreditorlarla hesablaşmalar
- Müvafiq sənədləşmə üçün tələb olunan hesab fakturaların nəzərdən keçirilməsi və ödəniş üçün təsdiq edilməsi
- Hesab fakturaların nağd ödəniş potensialına və ödəniş şərtlərinə uyğun olaraq prioritetləşdirilməsi
- Şirkətin siyasətinə və qəbul olunmuş mühasibat təcrübəsinə uyğun olaraq sənədlərin və faylların dəqiq və düzgün şəkildə saxlanılması
- Uyğunsuzluqların araşdırılması və düzəldilməsi
- Çeklərin hesab fakturalara uyğunlaşdırılması, çeklərdə müvafiq imzaların olması və çeklərin paylanması
- Ehtiyac olduğu təqdirdə digər layihələrdə də köməklik göstərmək
- Şirkət tərəfindən ay ərzində alınan malların qiymətlərinin yoxlanması
- Satış hesabatlarında malların maya dəyərinin, verilən endirimlərin və nəticədə satışdan mənfəətin yoxlanılması və təhlili
- Alınan mallarda çatışmayan və yararsız mallara görə partnyorlara aylıq hesab təqdim etmək
Tələblər:
- Təhsil – Ali (İqtisadi təhsillilərə üstünlük veriləcək,
- Kompyuter bacarığı: Microsoft Office-də sərbəst işləmə qabiliyyəti; 1C .
- Azərbaycan və rus dillərini sərbəst bilməli, İngilis dilini bilənlərə üstünlük veriləcək
- Analitik düşüncə
- Təşəbbüskar;
- İşgüzar;
- Komandada işləmək bacarığı olmalı;
- Öyrənmək qabiliyyəti yüksək olmalı;
E-mail: [email protected]