Təminatsız kreditlərlə iş şöbəsi, İcra bölməsinin Rəhbəri

İşin təsviri

Bank “BTB” ASC Problemli kreditlər departamenti, Təminatsız kreditlərlə iş şöbəsi, İcra bölməsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.

Təminatsız kreditlərlə iş şöbəsi, İcra bölməsinin Rəhbəri

İş barədə məlumat:

• İcra  bölməsinin işçiləri arasında iş bölgüsünü təşkil etmək.
• Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının öz səlahiyyətləri daxilində icrasını təmin etmək;
• Aşkar edilmiş əmlaklara tutmanın yönəldilməsi məqsədilə zəruri sənədləri hazırlamaq və icra məmuruna təqdim etmək;
• Aşkar edilmiş əmlakın İcra məmuru tərəfindən götürülməsi, onun satılması və əldə olunmuş vəsaitin Banka köçürülməsində iştirak etmək;
• İpoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın) qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətlərinə sifarişləri vermək və onlar tərəfindən qiymətləndirilməsi işlərinin həyata keçirilməsində iştirak etmək;
• Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

• ali hüquqi təhsil
• minimum 3 il hüquqi təcrübə
• analitik qabiliyyət
• idarəetmə qabiliyyəti
• səmərəli ünsiyyət qurma bacarığı
• işgüzar ünsiyyət etikası
• komandada işləmə qabiliyyəti
• tədqiqat apara bilmə bacarığı
• kompüterdə iş bacarığı
• yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti
• məsuliyyət
• qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına 28 dekabr 2016-cı il tarixinə qədər göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İcra bölməsinin rəhbəri)  göstərməyiniz xahiş olunur.