İnteryer Dizayner

  • Embawood
  • Elanın qoyulma tarixi: 07.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 20 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri: Bakı, Azərbaycan

Vəzifə adı: İnteryer Dizayner

Iş qrafiki: 5 günlük / saat 08:30 – 17:30

Işin təsviri:

- Yeni layihə təklifləri irəli sürməli
- Layihənin məqsəd və tələblərini müəyyən etməli
- Məkanın nə cür istifadə olunacağı və insanların bundan nə cür istifadə edəcəyini müəyyən etməli
- Dizayn planının ilkin eskizini çəkməli
- İstifadə olunacaq avadanlıq və mebelləri müəyyən etməli eyni zamanda işıqlandırma,divar rəngi,döşəmə və digər elementləri də nəzərə almalı;
-Kompyuter proqramlarından istifadə edərək yekun nəticələr hazırlamalı;
- Qrafik dizayn materiallarının hazırlanması ;
- Məhsula olan tələbi müəyyən etməli və bu tələbə uyğun dizaynı müəyyənləşdirməli;
- Müştəri məmnunluğunu müəyyən etmək üçün layihə sonrası ziyarət təşkil etməli; 

Tələblər:

 - Ali təhsil;( İnteryer dizayner ve rəssamlıq sahəsində bakalavr ve magistr dərəcəsi)
- İnteryer dizayner sahəsində islerini təqdim etməli ve ressamlıq qabiliyyətlərini göstərə biləcək hər hansı bir nümunələri təqdim etməli
- Bədii istedad
- Kreativlik
- Operativlik
- Vizual görüntü
- Yaradıcılıq potensialı
- Problem həll etmə bacarığı

Yaş həddi: 23 - 35 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ”İnteryer Dizayner “ qeyd edib bu ünvana göndərəsiniz  [email protected]

İşəgötürənin reytinqi