Böyük İT təhlükəsizlik Mütəxəssisi

İşin təsviri

Maliyyə Bazarlarına Nəzarət Palatası

Böyük İT təhlükəsizlik Mütəxəssisi

Namizədə dair tələblər:

- Ali təhsil (Kompüter, İnformatika və Texniki ixtisaslar)
- Analoji sahə üzrə ən azı 4 il iş təcrübəsi;
- İT sahəsində biliklər;
- İT qanunvericilik üzrə məlumatlılıq;
- Əməliyyat sistemləri üzrə biliklər,
- İnformasiya texnologiyaları sahəsində risklərin qiymətləndirilməsi bacarığı;
- Kollektivdə işləmə bacarığı;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı, yüksək səviyyədə ingilis dili bacarığı;
-  Sistemlərin arxitekturasını mükəmməl bilməli;
- Şəbəkə avadanlıqlarının sazlanması bacarığı.

İşin təsviri:

- Palatanın informasiya sistemlərində informasiya təhlükəsizliyinin inzibatçılığını həyata keçirir;
- Sistemlərdə şifrələrin parametrlərinin sazlanmasını təmin edir;
- Yeni istifadəçilərin avtorizasiyasını, giriş hüquqlarında dəyişiklikləri, istifadəçi   hüquqlarının ləğv edilməsini həyata keçirir;
- Sistemlərdə informasiya təhlükəsizliyi vəziyyətinin monitorinqini həyata keçirir;
- Sistemlərin mühafizəsi məqsədilə informasiya sistemlərinin risklərini qiymətləndirir.

Qeyd:

Zəhmət olmasa, e-mailin "Subject" qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E - mail :  [email protected]
www.fimsa.az