Sumqayıt regionu üzrə qəza komissarı

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 28.12.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla,

“Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İŞ PROFİLİ

Sumqayıt regionu üzrə qəza komissarı

Namizədə tələblər

• Yaş: 25-40
• Cinsi: kişi
• Təhsil: Orta texniki və ya ali
• İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla)
• B kateqoriyalı sürücülük vəsiqəsi olmalı
• Mütləq şəxsi avtomobili olmalı
• Namizədin yaşayış yeri: Sumqayıt şəhəri olmalı
• Yol hərəkəti haqqında qanunvericiliyi yaxşı bilməli
• Avtomobilin texniki hissələri haqda anlayışın olması

Əsas vəzifə öhdəlikləri

• Yol nəqliyyat hadisələri yerinə getmək və qəza hadisəsini yerindəcə araşdırmaq
• Hadisənin foto və video çəkilişlərini aparmaq
• Hadisəni rəsmiləşdirmək

İş şərtləri

• Sərbəst iş qrafiki
• Əmək haqqı + bonus
• Yanacaq pulu verilir

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.