Tour Operator

İşin təsviri

“East Gate Travel” MMC turizm şirkətinə Tour operator vəzifəsinə aşağıdakı kriteriyalara cavab verən işçilər axtarılır:

Vəzifə öhdəlikləri:

- Qrup və ya fərdi tur paketlərin və təkliflərin hazırlanması;
- Müştərilərin sorğularının vaxtında və işgüzar formada cavablandırılması;
- Satışlar üzrə hesabatların hazırlanıb vaxtında rəhbərliyə təqdim olunması;
- Otellərin bronlaşdırılması;
- Sığorta yazılması;
- Yeni partnyorların axtarışı və mövcud partnyorlarla əlaqələrin normal təşkili;

Professional tələblər:

- Ali təhsil (Turizm təhsilinə üstünlük verilir);
- Azərbaycan və rus dilləri əla, ingilis dili danışıq dili səviyyəsində;
- İşgüzar yazışmalar haqqında məlumatlı olmalı;
- MS Office proqramlarını bilməli;
- Turizm sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək;

Şəxsi keyfiyyətlər:

- Gülərüz, mehriban, kollektivlə işləmə bacarığı olmalı;
- Stressli işə şəraitində özünü itirməməli;
- Dəqiq, məsuliyyətli, operativ, işgüzar olmalı;
- Verilən tapşırıqları deadline-lara uyğun icra etməli;
- Daim inkişafa meylli olmalıdır;
- İnnovativ və motivasiyalı olmalı.

İş qrafiki:

- I-V günlər 10:0-18:00, şəndə 10:00-14:00

QEYD: Telefon 24 saat açıq olmalıdır ki, istənilən an operativlik təmin oluna bilsin.

Yuxarıda qeyd olunan kriteriyalara uyğun namizədlər şəkilli CV-lərini [email protected] ünvanına göndərməlidirlər.

ŞƏKİLSİZ CV-LƏR QƏBUL OLUNMAYACAQ və YALNIZ BİZİM KRİTERİYALARA UYĞUN NAMİZƏDLƏRLƏ ƏLAQƏ YARADILACAQ. Əgər CV-nizi göndərdikdən sonra 3 iş günü müddətində Sizinlə əlaqə yaradılmasa, demək CV-niz bizə uyğun olmamışdır.

Kriteriyalara uyğun namizədlər ofisimizə dəvət olunacaqlar. İntervyudan keçəcəkləri təqdirdə, əmək haqqı ödənilməklə 2 ay sınaq müddəti olacaqdır.

Savadlı mütəxəssislərə hər zaman ehtiyac var, CV-nizi savadınıza uyğun yazın.