Su, istilik, səs, köpük və poliürea izolyasiya sistemleri üzrə mühəndis

İşin təsviri

Company: TARSA KOMPOZIT BOYA MAKINA MMC

Vəzifə: Su, istilik, səs, köpük və poliürea izolyasiya sistemleri üzrə mühəndis

Tələblər:

- Müvafiq sahədə ali təhsil;
- Azərbaycan və  rus  dillərini yazılı və şifahi surətdə əla bilmək;
- Müvafiq sahədə iş təcrübəsi 2 ildən az olmamaq şərtilə;
- Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- İş üçün müvafiq kompüter proqramlarını bilmək (Word, Excel, AutoCAD);
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə  bilərlər.

Zəhmət olmasa elektron məktubu göndərərkən məzmunda "mühendis" vəzifəsini qeyd edin.

Əlaqə nömrəsi: 012 465 75 46