Büdcə şöbəsinin müdiri

  • Bank Avrasiya
  • Elanın qoyulma tarixi: 05.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Bank Avrasiya” ASC

Vəzifə: Büdcə şöbəsinin müdiri

Namizədlər üçün irəli sürülən tələblər:

Ali iqtisadi təhsil
Ən azı 2 il uçot və ya hesabat sahəsində bank təcrübəsi
MS Office proqramların üzrə biliklər
Maliyyə menecmeti sahəsində sertifikatlar
Maliyyə sahəsinə aid qanunvericiliyə dair biliklər
Nəzarət edə bilmə qabiliyyəti
Strateji düşünmə və analitik təhlil bacarığı
Məsuliyyətlilik
Ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

• qəbul olunmuş maliyyə menecmenti üzrə siyasətə uyğun olaraq, bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanı, Bankda büdcənin tərtib və nəzarət olunması metodologiyasını və onlara dəyişikliklər və əlavələri hazırlamaq;
• mövcud və yeni məhsul və xidmətlərin maya dəyərini, onların gəlirliliyini hesablamaq;
• qiymət, o cümlədən daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzləri yaradılması üzrə təkliflər hazırlamaq və müvafiq təsdiqdən sonra icra etmək;
• törəmə və ortaq müəssisələrə investisiyaların səmərəliliyinin təhlilini aparmaq və belə investisiyaların səmərəliliyin artırılması üçün İdarə Heyətinə təkliflər hazırlamaq;
• Bankın xərclərinin səmərəliliyini hesablayır və xərclərin səmərəliliyinin artırılması üzrə İdarə Heyətinə təkliflər hazırlamaq;
• Bankın gəlirliyinin artırılması, strateji hədəflər və maliyyə məqsədlərinin yerinə yetirilməsinin təmin olunması üzrə təkliflər hazırlamaq;
• Bankın maliyyə göstəricilərinin yaxşılaşması üzrə təkliflər vermək, maliyyə vəziyyətinə mənfi təsir göstərən məsələlər üzrə İdarə Heyəti qarşısında məsələ qaldırmaq;
• büdcənin tərtibi və onun icrasına nəzarət, habelə hesabatlılıq üzrə bağlı digər bütün işləri görmək;
• mütəmadi olaraq Bankın maliyyə təhlilini aparmaq və bankdaxili qaydalara müvafiq hesabatları və məlumatları hazırlamaq;
• şöbənin funksiyalarına aid olan məsələlər barədə müraciətlərə və məktublara cavab hazırlamaq.

CV – ləri  [email protected] elektron poçtuna göndərə bilərsiniz.